AZ

“Mercedes-Benz” Berlindəki bütün salonlarını satdı − “Bild”


Almaniyanın avtomobil istehsalçısı “Mercedes-Benz” Berlindəki bütün diler mərkəzlərini “Alpha Auto Group”un rəhbəri kanadalı sahibkar Kuldip Billana satıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bild” qəzeti biznes mənbələrinə istinadən məlumat yayıb.
Satış Almaniya paytaxtında təxminən 1500 nəfərin işlə təmin olunduğu yeddi məkana aiddir. Qəzetin məlumatına görə, “Mercedes-Benz” həmçinin Hamburq, Münhen və Reyn-Rur bölgəsi də daxil olmaqla digər şəhərlərdə diler mərkəzləri satmağı planlaşdırır ki, bu da potensial olaraq ümumilikdə 8000 iş yerini təhlükə altına qoyur.
Seçilən
70
yeniavaz.com

1Mənbələr