AZ

"Google" və "SpaceX" data mərkəzlərin kosmosa köçürülməsi ilə bağlı danışıqlara başlayıb

"Google" şirkəti raket buraxılışları və orbital məlumat emalı mərkəzlərinin (data-mərkəzlərini) kosmosa daşınması ilə bağlı müqavilə üzrə "SpaceX" şirkəti ilə danışıqlar aparır.

Day.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) öz mənbələrinə istinadən yazır.

Hələlik reallaşdırılmamış bu texnologiya "SpaceX"in yayda planlaşdırılan birja çıxışı ərəfəsində investorlara təqdim etdiyi təklifin əsasını təşkil edib. Şirkətin rəhbəri İlon Musk bunu şirkət üçün "yeni sərhəd" adlandırıb.

 

"Google" isə ötən il "Project Suncatcher" layihəsi çərçivəsində 2027-ci ilə qədər peyk prototiplərini orbitə çıxarmağı planlaşdırdığını açıqlamışdı. "Biz peyklərdə kiçik hesablama modullarını orbitə göndərəcək, onları sınaqdan keçirəcək və daha sonra miqyaslandırmaya başlayacağıq",-deyə şirkətin baş icraçı direktoru Sundar Piçay bildirmişdi:

WSJ-nin mənbələrindən birinin sözlərinə görə, "Google" raket buraxılışları ilə məşğul olan digər şirkətlərlə də mümkün müqavilələri müzakirə edir.

Sənaye nümayəndələrinin bir çoxu orbital hesablama texnologiyalarını böyük ərazi və yüksək enerji sərfi tələb edən yerüstü məlumat emalı mərkəzlərinin problemlərinin həlli kimi qiymətləndirir. Orbital məlumat emalı mərkəzlərinin günəş panelləri ilə enerji təminatı nəzərdə tutulur ki, bu da Yer üzərindəki infrastruktur üçün xarakterik enerji məhdudiyyətlərini aradan qaldırır.

Seçilən
72
day.az

1Mənbələr