Xalq artisti Mələkxanım Eyubova qızı Nəzin Nəcəfova ilə kürəkəni Mərdan Kazımovun klip təqdimatında iştirak edib.
Musavat.com xəbər verir ki, tədbirdə çıxış edən Xalq artisti sənətçinin yaradıcılığını yüksək qiymətləndirib.
O bildirib ki, sənətdə uğur qazanmaq üçün məqsəd uğrunda daim çalışmaq vacibdir. Mələkxanım Eyubova həmçinin əsl sənət adamının zəhmətkeş və sənətinə bağlı olmalı olduğunu vurğulayıb.
O, Mərdan Kazımovun əsl sənət adamı olduğunu, onun məqsədi üçün çox çalışdığını söyləyib.
Könül
Musavat.com

