AZ

İsrailin Livandakı hava hücumlarında ölənlərin sayı 18-ə çatıb

Atəşkəsə baxmayaraq, İsrailin Livanın müxtəlif bölgələrində hava hücumlarında ölənlərin sayı 18-ə çatıb.

Musavat.com xəbər verir ki, İsrail ordusu 17 apreldə qüvvəyə minən atəşkəsə baxmayaraq, Livanın cənubuna hücumlarını davam etdirir.

Livan rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, İsrail döyüş təyyarələri günortadan sonra Nəbatiyyənin Romin kəndindəki bir evi hədəfə alıb. Hücum nəticəsində ev tamamilə dağılıb, içəridə üç nəfər ölüb, bir çox insan yaralanıb.

İsrailin cənubundakı Haruf kəndinə hücumunda bir nəfər, Abbasiyada isə daha iki nəfər ölüb.

Günortadan bəri Livanın müxtəlif bölgələrində nəqliyyat vasitələrini hədəf alan yeddi pilotsuz təyyarə hücumunda on iki nəfər həlak olub.

Beləliklə, bu gün İsrailin Livana hücumlarında ölənlərin sayı 18-ə çatıb.

Qeyd edək ki, İsrail ordusu axşamdan bəri Livanın cənubundakı Abbasiya, Kəfr Sir, Neumairiyyə, Kəfr Hatta, Zəhrani, Cərcou, Şərqi Zautar, Ərəbsəlim və Suhmur şəhərlərinə hava hücumları həyata keçirir.

İsrail ordusu 2 martda Livana intensiv hava hücumları təşkil edərək ölkənin cənubundakı bir neçə şəhəri işğal edib.

Livan hökuməti bu dövrdə ölkədəki məcburi köçkünlərin sayının bir milyonu keçdiyini açıqlayıb.

24 apreldə ABŞ prezidenti Donald Tramp Livan və İsrail arasında 17 apreldə qüvvəyə minən 10 günlük müvəqqəti atəşkəsin daha üç həftə uzadıldığını açıqlayıb.

Livan Səhiyyə Nazirliyinin son məlumatlarına görə, 2 martda elan edilən atəşkəsə baxmayaraq davam edən İsrail hücumlarında təxminən 2900 nəfər həyatını itirib.

Atəşkəsə baxmayaraq, İsrail ordusu Livanın cənubunda hücumlarını və ev söküntülərini davam etdirir, Hizbullah isə İsrail əsgərlərinə qarşı hücumlar həyata keçirir və onları atəşkəsi pozmaqda ittiham edir.

Könül

Musavat.com

Seçilən
103
1
musavat.com

2Mənbələr