AZ

Xəzər geri çəkilməyə davam edir - Alimlərdən kretik açıqlama - FOTO

Xəzər sahillərində su geri çəkilməyə davam edir.

Bizim.Media “trend.az”a istinadla xəbər verir ki, bunu aprel ayında başa çatan Rusiyanın “Yeni Delta 2026” kompleks dəniz elmi-coğrafi ekspedisiyası təsdiqləyib.
 

Ekspedisiyada Xəzər donanmasının Hidroqrafiya Xidmətinin gəmilərində Rusiya Elmlər Akademiyasının P.P. Şirşov adına Okeanologiya İnstitutunun və Həştərxan Biosfer Qoruğunun alimləri iştirak ediblər. Tədqiqatlar Volqa-Xəzər dəniz gəmiçilik kanalının akvatoriyasında və Xəzərin şimal hissəsində aparılıb.


Araşdırmalar dənizin sahil xəttində baş verən dəyişikliklərlə bağlı operativ məlumatların əldə edilməsinə imkan verib. Alimlərin gəldiyi qənaətə görə, Xəzər dənizində mövcud olan və yeni formalaşan adalar böyüməyə davam edir. Çistaya Banka adasının sahəsi 2019-cu illə müqayisədə iki dəfə artıb.

Tbilisi dayazlığının yerində yaranmış ada isə ötən illə müqayisədə üç dəfə genişlənib.

Ekspedisiyanın iştirakçıları Şimali Xəzərdə axının sürəti və istiqamətinin ölçülməsi üzrə hidrofiziki işlər aparıb, laborator şəraitdə hidrokimyəvi göstəricilərin müəyyənləşdirilməsi üçün nümunələr götürüblər.

“Hazırda bir məsələ aydındır – dənizin səviyyəsi enməkdə davam edir”, – deyə ekspedisiyanın rəhbəri, Okeanologiya İnstitutunun Xəzər filialının kiçik elmi işçisi İvan Yermakov bildirib.




Bizim.Media

Seçilən
4
6
bizim.media

8Mənbələr