AZ

Bakıda keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb

Bakı şəhərinin sakinləri və qonaqları arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) barədə məlumatlılığın artırılması məqsədilə WUF13 Festivalı baş tutub.

Bu barədə Missiya.Az-a WUF13 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.

"İctimai proqram çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılıb", - məlumatda bildirilib.

Qeyd olunub ki, 30 mindən çox iştirakçı ilə Dənizkənarı Milli Park ərazisində yerləşən Saat Qülləsinin yaxınlığında keçirilən interaktiv proqram çərçivəsində WUF13 və şəhərsalma mövzularına dair suallar əsasında müsabiqələr təşkil edilib. Düzgün cavab verən iştirakçılara hədiyyələr təqdim edilib.

Qeyd edək ki, Bakıda keçirilən ictimai proqram WUF13 Festivalının ölkənin müxtəlif şəhərlərində təşkil olunan tədbirlər silsiləsinin yekun mərhələsi olub.

Seçilən
23
6
missiya.az

10Mənbələr