AZ

Bu xidmət dayandırıldı TƏBİB dən AÇIQLAMA

Sia Az saytına istinadən ain.az xəbər verir.

Rəqəmsal dövlət xidmətlərinin "bir pəncərə" prinsipi ilə təqdim olunması üzrə görülən tədbirlər çərçivəsində "e-Tabib" mobil tətbiqi üzərindən göstərilən rəqəmsal xidmətlərin "mygov" platformasına inteqrasiya prosesi artıq bitib. SİA xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib. Qeyd olunub ki, bu gündən etibarən "e-Tabib" tətbiqi fəaliyyətini tam olaraq dayandırır və xidmətlər artıq "mygov" platformasından təqdim olunur.

Qərar xidmətlərin təkrarlanmasının qarşısının alınması və vətəndaşlara daha çevik xidmət göstərilməsi məqsədilə qəbul olunub. Bununla da "e-Tabib" "mygov" platformasına inteqrasiya edilən növbəti dövlət tətbiqidir.

Mətləb

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
38
5
sia.az

6Mənbələr