AZ

Psixoloq yeniyetmələrin imicini radikal dəyişməsinin səbəbini açıqladı

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Yeniyetməlik dövründə uşaqlar tez-tez imiclərini kəskin şəkildə dəyişir, məsələn, saçlarını parlaq rənglərə boyayırlar. Lakin valideynlər bunu narahatedici əlamət kimi qəbul etməməlidir. Demokrat.az xəbər verir ki, bunu kliniki psixoloq Marianna Abravitova RT-yə açıqlamasında deyib.Psixoloq bildirib ki, bu davranış çox vaxt etiraz deyil, şəxsiyyətin formalaşması və özünü axtarış prosesi ilə bağlıdır. Onun sözlərinə görə, bəzən bu dəyişiklik valideynlərə qarşı müəyyən etirazın ifadəsi kimi ortaya çıxa bilər, lakin əsas səbəb yeniyetmənin özünü fərd kimi göstərmək istəyi olur."Bəli, bəzən bu, valideynlərə qarşı etiraz kimi də baş verir, uşaq öz fərqliliyini vurğulayır. Amma əsasən bu, ‘mən bu dünyadan fərqliyəm’ kimi bir özünüifadədir", deyə psixoloq qeyd edib.Abravitova bildirib ki, yeniyetmələr müxtəlif rəngləri sınayaraq öz yerlərini və kimliklərini axtarırlar. Saç rəngini yaşıl, sarı və digər rənglərə dəyişmək kimi davranışlar bu prosesin bir hissəsidir və bundan narahat olmağa ehtiyac yoxdur. Onun fikrincə, bu mərhələ uşağın yaradıcılığının və cəsarətinin göstəricisidir. Psixoloqun fikrincə, bu cür davranışlar qaydalara həddindən artıq bağlı yaşayan yeniyetmələrlə müqayisədə daha müsbət qəbul edilməlidir:"Öz üzərində belə eksperimentlər aparan uşaqlar gələcəkdə cəmiyyətə çox maraqlı ideyalar gətirə biləcək yaradıcı insanlardır və onlara mane olmaq lazım deyil".Jalə

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
48
demokrat.az

1Mənbələr