AZ

Pentaqon Polşaya 4 mindən çox hərbçinin yerləşdirilməsi planını ləğv edib

Defense News: NATO-nun şərq cinahında planlaşdırılan qüvvə rotasiyası dayandırılıb...

ABŞ ordusu Polşaya 4 mindən çox hərbçinin göndərilməsi ilə bağlı planını ləğv edib.

Poliqon xəbər verir ki, bu barədə “Defense News” nəşri ABŞ Silahlı Qüvvələrinin adının açıqlanmasını istəməyən rəsmisinə istinadən məlumat yayıb.

Məlumata görə, söhbət İkinci zirehli briqadanın (1-ci süvari diviziyası) Polşaya yerləşdirilməsindən gedirdi. Qərara əsasən, 4 mindən artıq hərbçi və onların hərbi texnikasının Şərqi Avropaya göndərilməsi dayandırılıb.

Qeyd olunur ki, may ayının əvvəlində “Stars and Stripes” nəşri ABŞ ordusunun təxminən 4 min hərbçini Polşaya və NATO-nun şərq sərhədi boyunca yerləşən digər bölgələrə göndərməyi planlaşdırdığı barədə məlumat yaymışdı.

Hazırda Polşada təxminən 10 min ABŞ hərbçisinin yerləşdirildiyi bildirilir.

Analitiklərin fikrincə, bu qərar NATO-nun Şərqi Avropadakı hərbi yerləşmələri və ABŞ-ın regiondakı uzunmüddətli strategiyası ilə bağlı yeni müzakirələrə səbəb ola bilər. Ekspertlər həmçinin bu addımın logistik dəyişikliklər və ya prioritetlərin yenidən qiymətləndirilməsi ilə əlaqəli ola biləcəyini istisna etmirlər.

Poliqon.info

Seçilən
32
poliqon.info

1Mənbələr