AZ

PSJ Fransa çempionu olub

Bakı, 14 may, AZƏRTAC

Futbol üzrə Fransa çempionatının qalibi müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, Liqa 1-in XXIX turundan təxirə salınmış oyunda səfərdə "Lans"a 1:0 hesabı ilə qalib gələn PSJ sona bir tur qalmış çempionluğunu elan edib.

Bu nəticədən sonra xallarını 76-ya çatdıran Paris klubu ən yaxın izləyicisi "Lans"ı 9 xal qabaqlayır.

Seçilən
76
2
azertag.az

3Mənbələr