AZ

ABŞ Senatında dramatik gecə: İranla bağlı qətnamə bir səslə keçmədi

ABŞ Senatı İrana qarşı hərbi əməliyyatların dayandırılması ilə bağlı qətnaməni yeddinci dəfə qəbul etməyib.

Musavat.com xəbər verir ki, səsvermə zamanı 50 senator qətnamənin əleyhinə, 49 senator isə lehinə səs verib. Beləliklə, sənəd bir səs fərqi ilə Senatdan keçməyib.

Qətnamədə qeyd olunub ki, Vyetnam müharibəsindən sonra ABŞ-də qəbul edilən qanuna əsasən, prezident Konqresin razılığı olmadan digər ölkələrə qarşı hərbi əməliyyatları maksimum 60 gün davam etdirə bilər.

Sənəddə vurğulanıb ki, ABŞ-nin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyat üçün nəzərdə tutulan bu müddət mayın 1-də başa çatıb.

 

Musavat.com

Seçilən
55
musavat.com

1Mənbələr