Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
"Samsung"un ən yeni flaqman modellərində təhlükəli boşluq aşkar edilib və kibertəhlükəsizlik mütəxəssisləri sistemin müdafiə səddini keçməyə nail olublar.Demokrat.az xəbər verir ki, "Dark Navy" mütəxəssisləri "Galaxy S26" və "S26+" modellərində əməliyyat sisteminə tam nəzarət imkanı verən ciddi kəsiri üzə çıxarıblar. Bu boşluq vasitəsilə mühəndislər "root" hüquqlarını əldə edərək cihazın proqram təminatına müdaxilə ediblər.Araşdırma zamanı məlum olub ki, mütəxəssislər populyar "Magisk" alətindən istifadə edərək sistemin qadağalarından yan keçiblər. Normalda bank tətbiqləri və digər təhlükəsizlik proqramları "root" edilmiş cihazlarda işləməsə də, bu dəfə həmin məhdudiyyətləri də sıradan çıxarmaq mümkün olub.Lakin bu təhlükə bütün cihazlara şamil edilmir. Məlumata görə, müdafiə səddi yalnız "Exynos" prosessoru ilə təchiz olunmuş modellərdə qırılıb. "Snapdragon" çipli cihazların müdafiəsini isə hələlik keçmək mümkün olmayıb. Qeyd edək ki, bənzər boşluqlar aşkar edildikdə istehsalçı tərəfindən sürətli yenilənmələrlə aradan qaldırılır.Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.