Çin Sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Tramp arasında yüksək səviyyəli görüş başlayıb.
Publika.az xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.
Rəsmi qarşılama mərasimində əvvəlcə ev sahibi Pekinin mərkəzindəki Böyük Xalq Zalının qarşısında Prezident Trampı salamlayıb. Daha sonra iki lider dövlət himnlərinin müşayiəti altında fəxri qarovul dəstəsinin yanından keçib. Tramp dövlət rəsmiləri və ABŞ şirkətlərinin vəzifəli şəxslərindən ibarət nümayəndə heyətini Cinpinə təqdim edib.
Daha sonra tərəflər görüş üçün Böyük Xalq Zalına yollanıblar.