ain.az bildirir, Axar.az saytına əsaslanaraq.
Rusiya Ukrayna Prezident Ofisinin keçmiş rəhbəri Andrey Yermakın işindən “hibrid müharibə”də istifadə edə bilər.
Axar.az xəbər verir ki, bu barədə Avropa Birliyinin (AB) Ukraynadakı səfiri Katarina Metarnova deyib.
“Təəssüf ki, bu fakt hibrid müharibədə istifadə ediləcək və bəziləri bunu korrupsiyanın sistemin bir hissəsi olduğunun sübutu kimi qəbul edəcək”, - deyə diplomat bildirib.
Qeyd edək ki, Yermak Kiyev yaxınlığında elit tikinti layihəsi və həmin layihə üzərindən təxminən yarım milyard qrivnanın (10,5 milyon dollar) leqallaşdırılmasında ittiham edilir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.