ain.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
ABC News xəbər verir ki, Pentaqon 4 milyard dollardan 6 milyard dollara qədər qiymətləndirilən büdcə kəsirini kompensasiya etmək üçün xərcləri ixtisar etməyə məcburdur. İxtisarlar əsasən həm ixtisaslaşmış təhsil müəssisələri xətti ilə, həm də hərbi bölmələrin hazırlıq sistemi daxilindəki təlim xərclərinə təsir edib.
Silahlı qüvvələrin konkret strukturlarına gəldikdə, maliyyələşmənin azaldılması ordunun 3-cü zirehli korpusuna təsir göstərəcək. Bu korpus 70 min hərbi qulluqçunu, yəni bu qoşun növünün döyüş gücünün demək olar ki, yarısını əhatə edir. Korpusun aviasiya bölmələri gələn il "aşağı döyüş hazırlığı vəziyyətində" yerləşdiriləcək. Bölmənin büdcəsinin təxminən yarısının kəsilməsi və pilotların uçuş vaxtının minimum icbari səviyyəyə qədər azaldılması gözlənilir. Pentaqon kadr hazırlığı sahəsindəki analoji ixtisarların bütün qoşun növlərində aparıldığı, yoxsa bunun əsasən yalnız quru qoşunlarına aid olduğu barədə şərh verməyib.
ABC News mənbələri iddia edirlər ki, büdcə kəsirinin əsas səbəbləri İranla müharibə ilə bağlı xərclər və ABŞ-ın cənub sərhədinin təhlükəsizliyinin təmin edilməsi missiyasının genişləndirilməsidir. Bundan əlavə, Milli Qvardiyanın Vaşinqtonda təhlükəsizliyi təmin etmək missiyalarının xərcləri də bu vəziyyətə təsir göstərib.
S.ELAY
XQ
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.