AZ

Nəriman oynadı, komandası uduzdu

style='margin-bottom:10px;'>

Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin çıxış etdiyi “Kolumbus Kryu” MLS-də növbəti oyuna çıxıb.

QOL.az xəbər verir ki, sözügedən komanda səfərdə “Nyu York Red Bullz” ilə qarşılaşıb. 5 qolun vurulduğu matç rəqibin qələbəsi ilə başa çatıb – 3:2. “Kolumbus Kryu”nun qollarını Maks Arfsten (22) və Dieqo Rossi (64) vurub. 

Nəriman isə 85-ci dəqiqədə meydana daxil olub.

“Kolumbus Kryu” hazırda Şərq Konfransında 13 turdan sonra 12 xalla 13-cü sıradadır.

Seçilən
26
3
teleqraf.com

6Mənbələr