Böyük Britaniya hökuməti Ukraynaya verilən AS-90 haubitsalarını əvəz etmək üçün 72 yeni RCH 155 özüyeriyən artilleriya sisteminin alınmasına təxminən 1 milyard funt sterlinq (1,4 milyard dollar) ayırıb.
Musavat.com Böyük Britaniya Müdafiə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, sistemlərin istehsalı üçün müqavilə Almaniyanın silah istehsalçısı Rheinmetall və KNDS-in Britaniya törəmə müəssisəsi arasında birgə müəssisə olan Artec-ə verilib.
Layihədə müvafiq olaraq Telford və Stokportdakı Rheinmetall və KNDS zavodları iştirak edəcək. Britaniya Ordusuna ilk məsafədən idarə olunan haubitsaların tədarükü 2028-ci ildə gözlənilir.
Musavat.com