AZ

ABŞ Rusiya-Ukrayna münaqişəsini həll edə biləcək yeganə ölkədir - Rubio

Yazını böyüt
Yazını kiçilt

Ukrayna hələ iyirmi ilini yenidənqurma işlərinə sərf edəcək. Rusiya iqtisadiyyatına dəyən ziyan fövqəladə dərəcədədir.

Hafta.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Katibi Marko Rubio Çinə uçarkən təyyarədə “Fox News”a müsahibəsində deyib.

O bildirib ki, ABŞ Prezidenti və onun komandası müharibənin diplomatik şəkildə sona çatmasını təmin etməyə hazırdır:

“Ümid edirik ki, yaxın zamanda hər iki tərəf yenidən dialoqa qayıdacaq. Biz isə vasitəçilik etməyə və bu prosesi sona çatdırmağa hazırıq. Düşünürəm ki, hazırda dünyada bunu edə biləcək yeganə ölkə bizik. Əgər başqa bir ölkə də cəhd göstərmək istəyirsə, buyursun. Amma hər iki tərəf bizə bildirir ki, bu rolu səmərəli şəkildə yerinə yetirə biləcək yeganə ölkə məhz bizik. Nəticə etibarilə, Prezident müharibənin başa çatmasını istəyir. Əgər onun və bizim bu prosesi yekunlaşdırmaq üçün ata biləcəyimiz hər hansı addım varsa, bunu edəcəyik”.

Seçilən
2
2
hafta.az

10Mənbələr