AZ

Çin liderindən Trampla görüşü barədə: Bu, bütün dünya üçün yaxşı xəbərdir

Çin və ABŞ dövrün çağırışlarına birgə cavab verməlidirlər.

Azreform.info xəbər verir ki,  bunu Çin Prezidenti Si Cinpin Pekində ABŞ Prezidenti Donald Trampla görüşdə deyib.

“Çin və ABŞ dövrün suallarını birlikdə həll etməlidirlər”,-Çin lideri qeyd edib.
 Si Cinpin ümid edir ki, 2026-cı il Çin-ABŞ münasibətləri 
keçmişin ənənəsini davam etdirəcək və Çin-ABŞ münasibətlərində yeni bir fəsil açacaq "tarixi və əlamətdar bir il" olacaq. 

O  həmçinin qeyd edib ki,  Çin-ABŞ ticarət və iqtisadi əlaqələrinin mahiyyəti qarşılıqlı fayda və hər iki tərəfin qazanmasıdır. "Dünən iqtisadi və ticarət qruplarımız ümumilikdə balanslaşdırılmış və müsbət nəticələr əldə ediblər. Bu, hər iki ölkənin xalqı və bütün dünya üçün yaxşı xəbərdir", - o vurğualyıb. 

Si Cinpin əlavə edib ki, iqtisadi və ticarət qruplarımız ümumilikdə balanslaşdırılmış və müsbət nəticələr əldə ediblər. “Bu, hər iki ölkənin xalqı və bütün dünya üçün yaxşı xəbərdir", - Çin lideri bildirib.

Mürtəza

Seçilən
2
1
azreform.info

2Mənbələr