AZ

Hande Erçel qırmızı xalçada Azərbaycan imzası daşıdı

Türkiyəli məşhur aktrisa Hande Erçel Kann Film Festivalında görünüşü ilə yenidən diqqət mərkəzinə düşüb.

Publika.az xəbər verir ki, aktrisa qırmızı xalçada Azərbaycan moda brendi "Sophie Couture" imzalı libasla görüntülənib.

Qızılı tonlarda hazırlanan xüsusi geyim zərif detalları və əl işləmələri ilə seçilib. Görünüşünü isə "Pomellato" zinət əşyaları tamamlayıb.

Qeyd edək ki, "Sophie Couture" brendinin yaradıcısı azərbaycanlı dizayner Günel Babayevadır. Moda evi illərdir beynəlxalq qırmızı xalça tədbirlərində və dünya ulduzlarının obrazlarında yer alır.

Seçilən
10
3
publika.az

4Mənbələr