AZ

Dik Advokat dünya çempionatından sonra məşqçilik karyerasını bitirəcək

Bakı, 14 may, AZƏRTAC

Dik Advokat dünya çempionatından sonra Kurasao millisinin baş məşqçisi vəzifəsindən gedəcək.

AZƏRTAC xəbər verir ki, niderlandlı mütəxəssis mundialdan sonra məşqçilik karyerasını bitirəcəyini açıqlayıb.

Qeyd edək ki, Kurasao yığmasını tarixində ilk dəfə dünya çempionatının final mərhələsinə çıxaran Dik Advokat bu ilin fevralında gözlənilmədən komandadan ayrılmışdı. 78 yaşlı mütəxəssis bu addımı səhhətində ciddi problemlər olan qızına görə atmışdı. O, övladının müalicəsinə daha çox vaxt ayırmaq üçün yığmadakı postunu tərk etmişdi. Lakin çalışdırıcı ötən gün yenidən işinə geri dönüb.

İyunun 11-dən iyulun 19-dək keçiriləcək DÇ-2026-ya ABŞ, Kanada və Meksika birgə ev sahibliyi edəcək. Kurasao millisi mundialda Almaniya, Kot d`İvuar və Ekvador yığmaları ilə E qrupunda mübarizə aparacaq.

Dik Advokat dünya çempionatları tarixində final mərhələsində iştirak edən ən yaxşı baş məşqçi olacaq.

Müxbir - Cavid Əliyev

Seçilən
4
2
azertag.az

5Mənbələr