Ajans.az Ekologiya və təbii sərvətlər nazirinin birinci müavini təyin edilən Ağakərim Səmədzadənin dosyesini təqdim edir:
Ağakərim Səmədzadə uzun müddət Azərbaycan Ədliyyə Nazirliyində çalışıb. O, Nazirliyin İnformasiya və kommunikasiya texnologiyaları (sonradan İnformasiya Texnologiyaları və İnnovasiyalar) idarəsinin rəisi vəzifəsində fəaliyyət göstərib.
2015-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
Mətbuatda əsasən elektron notariat, rəqəmsal hökumət, onlayn məhkəmə və elektron xidmətlərlə bağlı açıqlamaları ilə tanınıb.
Ağakərim Səmədzadənin 2024-cü ildə onun Ədliyyə Nazirliyindəki vəzifəsindən azad edildiyi barədə xəbərlər yayılıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta