AZ

Bakının mövqeyi sərtləşir - SON DƏQİQƏ

“Son 6 ildə baş verənləri analiz edəndə aydın olur ki, Qarabağ zəfəri bir çox dəyişikliklərə səbəb olub. Ən vacib elementlərdən biri 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın regional sahiblik konsepsiyasını irəli sürməsidir. Azərbaycan lider ölkə kimi bu konsepsiyanı irəli sürüb”.

Musavat.com xəbər verir ki, bu fikirləri BMTM-in şöbə müdiri Vasif Hüseynov Prezident İlham Əliyevin Zəngilandakı çıxışında səsləndirdiyi tezislərə həsr olunmuş dəyirmi masada çıxışı zamanı bildirib.

“Bakının irəli sürdüyü konsepsiya Gürcüstandan dəstək alsa da, Ermənistandan belə dəstək görmürük. Digər tərəfdən, Azərbaycanın Aİ ölkələri ilə ikitərəfli münasibətlərinin inkişaf etməsinə baxmayaraq, Avropa Parlamenti tərəfindən destruktiv yanaşma müşahidə olunur. Son 6 ay ərzində beynəlxalq təşkilatların rəyləri göstərir ki, Avropa parlamenti korrupsiya bataqlığındadır. Bu da o deməkdir ki, qəbul edilən qərarlarda, qətnamələrdə Avropa dəyərləri belə gözardı edilir. Avropa Parlamentində Azərbaycandan enerji təchizatının dayandırılmasına çağırış edən qüvvələr var. Bu da lobbi təşkilatlarının maraqlarına xidmət edir”, - o qeyd edib.

Nigar Həsənli
Musavat.com

Seçilən
23
1
musavat.com

2Mənbələr