AZ

Masallıda rayon rəhbəri vətəndaş qəbulu keçirdi » AzadMedia.az


14 may 2026-cı il tarixində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov rayon İcra Hakimiyyəti aparatında vətəndaş qəbulu keçirmişdir.

Qəbul zamanı vətəndaşlar tərəfindən edilən müraciətlər diqqətlə dinlənilmişdir. İlk olaraq müraciət edən Mahmudavar kənd sakini əkin sahəsində yaranmış su problemi ilə bağlı rayon rəhbərinə məlumat vermişdir.

Növbəti müraciət isə Masallı şəhər sakini tərəfindən məşğulluq məsələləri ilə bağlı olmuşdur.

Digər müraciətlər də rayon rəhbəri tərəfindən dinlənilmiş, hər bir məsələ ətraflı araşdırılması üçün müvafiq qaydada qeydiyyata alınmışdır.

Müraciətlərin bir qismi yerindəcə həll edilmiş, digər məsələlər isə həlli istiqaməntində aidiyyəti qurumlara yönləndirilmişdir.
Seçilən
32
1
azadmedia.az

2Mənbələr