AZ

NBA: “Klivlend Kavalyers” seriyada önə keçib

Bakı, 14 may, AZƏRTAC

ABŞ-nin Milli Basketbol Assosiasiyasında (NBA) 1/4 final mərhələsinin növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, “Klivlend Kavalyers” “Detroit Pistons”u əlavə vaxtda 117:113 hesabı ilə məğlub edərək seriyada önə keçib - 3:2.

Ohayo təmsilçisinin ən məhsuldar oyunçusu 30 xalla Ceyms Harden olub. Donovan Mitçell aktivinə 21 xal yazdırıb. Maks Strus 20, Evan Mobli isə 19 xalla yadda qalıb. Cərret Allen 16 xal və 10 ribaundla “dabl-dabl” edib.

“Detroit”da Keyd Kanninqem 39 xalla fərqlənib. Dennis Cenkins 19, Tobias Harris 13, Pol Rid isə 10 xal toplayıb.

Komandalar arasında altıncı qarşılaşma mayın 16-da keçiriləcək.

Seçilən
16
2
azertag.az

3Mənbələr