Futzal üzrə Azərbaycan Kubokunda final qarşılaşmasının oyun cədvəli müəyyənləşib.
Fanat.Az xəbər verir ki, çempionatda da qızıl medallar uğrunda qarşılaşacaq "Araz-Naxçıvan" ilə "Neftçi" İK arasında həlledici oyun mayın 21-də keçiriləcək.
Komandalar Bakı İdman Sarayında saat 16:00-da üz-üzə gələcəklər. "CBC Sport"la canlı yayımlanacaq qarşılaşma başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçiriləcək.
Azərbaycan Kuboku
Final
21 may
Araz-Naxçıvan – Neftçi İK
Bakı İdman Sarayı. Saat 16:00