BMT Azərbaycanın çoxtərəfliliyə, beynəlxalq əməkdaşlığa və qlobal səviyyədə inklüziv qarşılıqlı fəaliyyətin təşviqinə dəyişməz sadiqliyini yüksək qiymətləndirir.
Azreform.info xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreşin BMT-nin Azərbaycandakı müvəqqəti rezident-əlaqələndiricisi İqor Qarafuliç tərəfindən Qlobal Cənub QHT Platformasının (Global South NGO Platform – GSNP) I Baş Assambleyasında oxunan müraciətində bidirilib.
Onun sözlərinə görə, sözügedən QHT platforması Qlobal Cənub ölkələrinin həmrəyliyi, dialoqu və tərəfdaşlığının mühüm mexanizmidir.