Bakı, 14 may, AZƏRTAC
“Sabah” futbolçusu Timoteuş Puxaçın transferi barədə Almaniyanın “Holştayn Kil” klubu ilə danışıqları uğurla yekunlaşdırıb.
Bakı təmsilçisindən AZƏRTAC-a bildirilib ki, “bayquşlar” 27 yaşlı futbolçunun transfer hüquqlarına sahib çıxıb. Polşalı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Timoteuş Puxaç ötən ilin sentyabr ayından “Sabah”ın uğurları üçün çalışır. O, bu mövsüm Bakı klubunun heyətində bütün turnirlərdə 33 oyunda 2 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.