AZ

Boşanma zamanı toy qızılları kimə qalır?

Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Boşanma prosesində ən çox mübahisə doğuran məsələlərdən biri toyda taxılan qızılların bölüşdürülməsidir.

Bir çox hallarda tərəflər “toy qızılları kimin sayılır?” sualına cavab axtarırlar.

Gununsesi.info-ya danışan hüquqşünas Uğur Əliyev bildirib ki, toy zamanı tərəflərə təqdim edilən qızılların kimə bağışlanması əsas meyar hesab olunur.

Onun sözlərinə görə, əgər qızıllar birbaşa gəlinə təqdim olunubsa, həmin əşyalar şəxsi mülkiyyət sayıla bilər.

Hüquqşünas qeyd edib ki, bəzi hallarda isə qızılların ailəyə ümumi hədiyyə kimi verildiyi iddia olunur və bu zaman məhkəmə əlavə sübutları qiymətləndirir.

“Toy qızılları ilə bağlı mübahisələrdə şahid ifadələri, video görüntülər və digər sübutlar əhəmiyyət daşıya bilər,” – deyə o vurğulayıb.

Orxan

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
26
icma.az

1Mənbələr