AZ

Prezidentin yüksək vəzifə verdiyi Ağakərim Səmədzadə danışdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Ağakərim Ağasəməd oğlu Səmədzadə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini təyin olunub.

 

Ağakərim Səmədzadə yeni təyinatına dair təəssüratlarını Oxu.Az ilə bölüşüb:

 

"İlk olaraq Prezident İlham Əliyevə təşəkkür edirəm. Bu etimada görə ona minnətdarlığımı bildirirəm. Müxtəlif planlar nəzərdə tutulur. Onların daha təkmil və sürətli reallaşması üçün bir çox işlər həyata keçirəcəyik. Həmçinin, COP29 zamanı Azərbaycan müxtəlif öhdəliklər götürüb ki, onları da davam etdirməyi planlaşdırırıq".

Tarix: 14 May 2026, 12:38   
Seçilən
16
2
pravda.az

3Mənbələr