AZ

Komitə sədri: “Boşanmalara səbəb ailə modelinə yad elementlərin daxil edilməsidir”

ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Müşahidələr onu göstərir ki, Azərbaycan ailələri müxtəlif ölkələrdə mövcud olan ailə modellərinə bənzəməyə başlayıb”.Bizim.Media xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov İlahiyyat İnstitutunda keçirilən “Ailə dəyərləri” mövzusunda açıq dərsdə deyib.O bildirib ki, boşanmalara səbəb Azərbaycan ailə modelinə yad elementlərin daxil edilməsidir:"Boşanmaların sayının artmasına səbəb nə iqtisadi çətinliklər, nə ailə davranışı, nə rəqəmsal texnologiyaların istifadəsi deyil. Bizə uyğun olmayan, Azərbaycan mühitinə xas olmayan yad elementləri ailələrimizə daxil etməklə ailə modelini dəyişməyə, ailə modelinin deqradasiyasına gətirib çıxarmışıq".Sədr gənclərə gələcəkdə qurduqları ailələrdə Azərbaycan ruhunu qorumağı tövsiyə edib.Günay Şahmar, Vüqar Ağayev, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
47
2
bizim.media

10Mənbələr