AZ

“İnter” fanatları tennis matçını dayandırdı VİDEO

ain.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Tennis üzrə Romada keçirilən “Masters” turnirinin dörddəbir final matçı qeyri-adi səbəbdən dayandırılıb.

İdman.Biz xəbər verir ki, ispaniyalı Rafael Xodar və italiyalı Luçano Darderi arasında qarşılaşma “İnter” azarkeşlərinin pirotexniki vasitələrindən yaranan tüstüyə görə bir müddət davam etdirilə bilməyib. Hadisə “Stadio Olimpiko”da keçirilən İtaliya Kubokunun finalından sonra baş verib.

Milan təmsilçisi finalda “Latsio”nu 2:0 hesabı ilə məğlub edərək kuboku qazanıb. Stadiondan qalxan tüstü təxminən 500 metr məsafədə yerləşən “Foro Italiko” kompleksinə yayılıb və tennis kortunda görüntünü xeyli çətinləşdirib.

Görüş ilk setdə Xodar 6:5 öndə olarkən dayandırılıb. Tüstü səbəbindən elektron xətt təyinetmə sistemi də fəaliyyətini müvəqqəti dayandırıb. Hakimlər şəraitin düzəlməsini gözləyib və fasilədən sonra oyun davam etdirilib.

Darderi sonda Xodarı 7:6, 5:7, 6:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. İtaliyalı tennisçi növbəti mərhələdə Kasper Ruudla qarşılaşacaq.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
48
icma.az

1Mənbələr