AZ

Ukrayna özünün peyk şəbəkəsini yaradır

Axar.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ukrayna orbitə öz peyk şəbəkəsini yerləşdirməyə başlayıb.

Axar.az xəbər verir ki, bu barədə "Fire Point" şirkətinin həmtəsisçisi Denis Ştilerman "Faynənşl Tayms"a deyib.

“İlk iki qurğu artıq orbitdədir. 2027-ci ilə qədər tərtibatçılar kosmosa onlarla peyk buraxmağı planlaşdırırlar. Bu da Ukraynaya ABŞ və özəl Qərb korporasiyalarına daha az müraciət etməyə imkan verəcək", - Ştilerman bildirib.

Onun sözlərinə görə, Ukrayna texnologiyasının sürətli inkişafına təkan keçən il Oval kabinetdə Donald Tramp və Vladimir Zelenski arasında baş vermiş münaqişə olub:

"Bundan sonra Vaşinqton bir həftə ərzində kəşfiyyat məlumatlarının Kiyevə ötürülməsinə mane olub. Başqa bir səbəb isə gözləniləndən daha az etibarlı olduğu sübut olunan "Starlink" sistemi olub. Düşmən Maskın şəbəkəsindən istifadə etməyi öyrənib, onu dronları üçün naviqasiya vasitəsinə çevirib".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
46
1
axar.az

2Mənbələr