Dünyanın ən böyük çip istehsalçısı TSMC güclü tələbin təsiri ilə qlobal yarımkeçirici bazarının 2030-cu ilə qədər 1,5 trilyon dolları aşa biləcəyini açıqlayıb.
Marja xəbər verir ki, Şirkətin texnologiya simpoziumu öncəsi paylaşdığı təqdimatlara görə, sözügedən proqnoz əvvəllər nəzərdə tutulan 1 trilyon dollarlıq səviyyəni əhəmiyyətli dərəcədə üstələyib.
TSMC-nin məlumatlarına görə, 1,5 trilyon dollarlıq bazarın təxminən 55 faizini süni intellekt və HPC (High-Performance Computing – Yüksək Performanslı Hesablama) təşkil edəcək. Smartfonlar 20 faiz, avtomobil tətbiqləri isə 10 faiz paya sahib olacaq.
Şirkət həmçinin 2025 və 2026-cı illərdə istehsal gücünü artıracağını və 2026-cı ildə doqquz mərhələli yeni zavod və qabaqcıl paketləmə obyektləri qurmağı planlaşdırdığını bildirib.