AZ

AFFA Elgünlə Turanı 3, Ramini 1 oyunluq cəzalandırdı – ARENA.AZ

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, İkinci Liqanın 26-cı turunun oyunları ilə bağlı bəzi qərarlar açıqlanıb.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

İkinci Liqa, 26-cı tur

“Araz Saatlı” – “Ağstafa Gəncləri” oyununda “Ağstafa Gəncləri”nin 4 futbolçusu sarı vərəqə aldığı üçün Ağstafa komandası 70 manat cərimə edilib. “Ağstafa Gəncləri”nin futbolçusu Ramin Süleymanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Ağstafa Gəncləri” buna görə 50 manat cərimə edilib. “Ağstafa Gəncləri”nin futbolçusu Elgün Namazov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyunluq cəza alıb. “Ağstafa Gəncləri” buna görə də 800 manat cərimə edilib. “Ağstafa Gəncləri”nin futbolçusu Turan Məmmədov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyunluq cəza alıb. Ağstafa komandası buna görə 800 manat cərimə ödəyəcək.

“Şəki” – “Göygöl” oyunu təhlükəsizlik nümayəndəsinin gec gəlməsi səbəbindən gec başladığı üçün Şəki komandası 200 manat cərimə edilib.

“Ağdaş” – “Kür-Araz” oyununda “Ağdaş”da 4 nəfər sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib. “Kür-Araz”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib.

“Qaradağ Lökbatan” – “Quba” oyununda “Qaradağ Lökbatan” oyun günü planına riayət etmədiyinə görə Qaradağ komandası 200 manat cərimə edilib.

“Dinamo” – “Şəmkir” oyununda “Şəmkir”də 4 nəfər sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
6
8
arena.az

10Mənbələr