AZ

Aleksandr Vatən: Əhmədiyyə Cəbrayılovun döyüş xatirələrini cəbhə yoldaşının dediklərinə istinadən yazdım

Bakı, 14 may, AZƏRTAC

Fransa müqavimət hərəkatının üzvü Əhmədiyyə Cəbrayılovun hərbi fəaliyyəti ilə bağlı araşdırmalarıma ilk dəfə Bakı Diplomatik Akademiyasında başladım. Bu proses zamanı Fransanın Azərbaycandakı səfirliyinin keçmiş mədəniyyət müşavirinə çoxsaylı suallar ünvanlanıb və o da mövzuya dair geniş tədqiqat aparmağımla bağlı mənə tapşırıq verdi. Araşdırmalar çərçivəsində Əhmədiyyə Cəbrayılovun cəbhə yoldaşları ilə tanışlıq əldə etdim və döyüş xatirələrini canlı şahidlərin dediklərinə istinadən yazdım.

Bunu AZƏRTAC-a açıqlamaında “Əhmədiyyə Cəbrayılovun Fransa Müqavimət Hərəkatında döyüş yolu” adlı kitabın müəllifi, fransız tarixçi Aleksandr Vatən söyləyib.

O diqqətə çatdırıb ki, kitabda qəhrəmanın müharibə dövrü ilə bağlı əsaslı, dəqiq və etibarlı məlumatları yer alıb.

Azərbaycanla bağlı xoş xatirələrini bölüşən tarixçi deyib: “2018–2021-ci illərdə Azərbaycanda yaşadım, ölkəni yaxından gəzib-dolaşdım və Azərbaycanı dərindən tanıdım. Azərbaycan xalqı qonaqpərvərliyi ilə seçilir. İllər keçsə də insanlar arasında tanınmağım məndə xoş təəssürat yaradır”.

Müxbir – Fidan Əlizadə

Seçilən
28
1
azertag.az

2Mənbələr