AZ

Doğulanların nisbətinə görə oğlanlar hər zaman qızları üstələyib 91 ilin statistikası

ain.az bildirir, Yeniavaz saytına əsaslanaraq.

Azərbaycanda rəsmi statistikanın açıqlandığı 1935-ci ildən 2026-cı ilə kimi heç vaxta doğulan qız uşaqlarının sayı oğlan uşaqlarının sayından çox olmayıb.

Yeniavaz.com xəbər verir ki, istisnasız olaraq bütün illərdə oğlan uşaqları qızlardan daha çox doğulub.

Qeyd edək ki, 91 il əvvəl – 1935-ci ildə Azərbaycanda ümumilikdə 34 min 377 oğlan, 30 min 868 qız uşağı dünyaya gəlib. Həmin il fərq 3 min 509 nəfər olub.

1935-ci ildən sonrakı hər 10 ilin yekununa baxdığımız zaman doğulan oğlan və qız uşaqları arasındakı ən az fərq 1945-ci ildə qeydə alınıb. O vaxt doğulan oğlan və qız uşaqları arasındakı fərq cəmi 1 320 nəfər təşkil edib.

Sonrakı illərdə fərq daha da artmağa başlayıb. Xüsusilə 2000-ci illərdən sonra oğlan uşaqlarının say üstünlüyü daha nəzərəçarpan olub. Ən böyük fərq 2015-ci ildə qeydə alınıb. Həmin il 88 min 415 oğlan, 77 min 795 qız uşağı doğulub və fərq 10 min 620 nəfərə çatıb. Bu, siyahıdakı ən yüksək göstəricidir.

2016, 2018 və 2019-cu illərdə də fərq 9-10 min nəfər arasında dəyişib. 2021-ci ildə isə oğlan uşaqlarının sayı qızlardan 15,5 faiz çox olub ki, bu da faiz baxımından ən yüksək göstəricilərdən biridir.

Son illərdə ümumi doğum sayında azalma müşahidə olunur. Belə ki, 2025-ci ildə 50 min 910 oğlan və 44 min 965 qız uşağı doğulub. Fərq 5 min 945 nəfər təşkil edib. Bu göstərici əvvəlki illərlə müqayisədə aşağı olsa da, oğlan uşaqlarının say üstünlüyü yenə də qalmaqdadır.

Murad Məmmədov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
3
yeniavaz.com

4Mənbələr