AZ

Oman sahillərində hücuma məruz qalan gəmi batdı

Hindistan bayrağı altında Somalidən Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) üzən yük gəmisinə Oman sahillərində hücum edilib.

Moderator.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Hadisə zamanı gəminin tarazlığını itirərək batdığı bildirilir.

Qeyd olunur ki, nəqliyyat vasitəsində olan 14 heyət üzvünün hamısı Omanın müvafiq qüvvələri tərəfindən xilas olunublar.

"Biz kommersiya gəmilərinin və mülki dənizçilərin davamlı olaraq hədəfə alınmasını pisləyirik", - deyə Hindistan Xarici İşlər Nazirliyi (XİN) hadisəyə rəsmi reaksiya verib.

Hələlik baş verən insidentə görə məsuliyyəti üzərinə götürən yoxdur.

Omanın müvafiq qurumları hadisə ilə bağlı araşdırma aparırlar.

Seçilən
11
2
moderator.az

3Mənbələr