Kardioloq Xorke Koroyçi ürək problemlərinin bəzi əlamətlərinin uzun müddət diqqətdən kənarda qala biləcəyini açıqlayıb.
Redaktor.az bu haqda life.ru-ya istinadla məlumat verir.
Həkimin sözlərinə görə, gün ərzində həddindən artıq yorğunluq ürək xəstəliklərinin ilk gizli əlamətlərindən biri ola bilər. O bildirib ki, səbəbsiz tərləmə də diqqət yetirilməli simptomlar sırasındadır.
Mütəxəssis əlavə edib ki, ürəkbulanma, qarın ağrısı və iştahsızlıq kimi mədə-bağırsaq problemləri də ürəklə bağlı narahatlıqlardan xəbər verə bilər.
Kardioloq bildirib ki, ətrafların şişməsi, başgicəllənmə, huşunu itirmə, sinədə narahatlıq və nəfəs darlığı da ciddi siqnallar hesab olunur.
Aytəkin TOFİQQIZI