AZ

Lyayen Ukraynaya yeni yardım paketini açıqladı

Avropa İttifaqı (Aİ) Ukraynaya 6 milyard avroluq yardım paketini yekunlaşdırır.

Sitat.info xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen sosial şəbəkədə məlumat verib.

“Biz pilotsuz uçuş aparatlarının tədarükü üçün 6 milyard avroluq yardım paketini yekunlaşdırırıq”, - o bildirib.

Lyayenin sözlərinə görə, Aİ sanksiyalar vasitəsilə Rusiya iqtisadiyyatına təzyiq göstərməkdə və Ukraynanı gücləndirməkdə davam edir.

Seçilən
25
3
sitat.info

4Mənbələr