AZ

Tramp: Si Tsinpin İrana hərbi texnika verməyəcək...

ABŞ prezidenti Pekinin Tehrana silah göndərməyəcəyini açıqlasa da, Çin İran neftini almaqda davam edəcək...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Çin lideri Si Cinpin ilə danışıqlar zamanı Pekinin İrana hərbi texnika göndərməyəcəyinə dair öhdəlik götürdüyünü açıqlayıb.

Tramp jurnalistlərə açıqlamasında bildirib ki, Çin rəhbəri bu məsələ ilə bağlı ona açıq mesaj verib: “O dedi ki, hərbi texnika göndərmək niyyətində deyil. Bu, ciddi bəyanatdır”.

ABŞ prezidenti eyni zamanda qeyd edib ki, Çin İranla iqtisadi əməkdaşlığı davam etdirmək niyyətindədir və Pekin İran neftinin alışını dayandırmağı planlaşdırmır. Trampın sözlərinə görə, Çin tərəfi enerji təhlükəsizliyi baxımından İran neftinin onlar üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Məlumata görə, Vaşinqton son aylarda İran ətrafında artan regional gərginlik fonunda Pekinin mövqeyini diqqətlə izləyir. ABŞ administrasiyası hesab edir ki, Çinin İrana mümkün hərbi dəstəyi Yaxın Şərqdə qüvvələr balansına ciddi təsir göstərə bilər.

Analitiklərin fikrincə, Pekinin Tehrana birbaşa hərbi texnika verməmək qərarı ABŞ ilə münasibətlərdə əlavə gərginliyin qarşısını almağa hesablanıb. Bununla yanaşı, Çin İranla iqtisadi və enerji sahəsində əməkdaşlığı qorumaqla regiondakı strateji maraqlarını saxlamağa çalışır.

Qeyd edilir ki, Çin uzun illərdir İran neftinin əsas alıcılarından biri hesab olunur və iki ölkə arasında enerji, logistika və infrastruktur sahələrində geniş əməkdaşlıq mövcuddur.

Poliqon.info

Seçilən
17
1
poliqon.info

10Mənbələr