AZ

Tramp ABŞ-Çin münasibətlərinin daha da güclənəcəyinə ümid edir

BAKI, 15 may. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonla Pekin arasındakı münasibətlərin əvvəlkindən daha güclü və daha yaxşı olacağına ümid etdiyini bildirib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

ABŞ liderinin sözlərinə görə, Çin sədri Si Cinpin ABŞ-ni “tənəzzül yaşayan ölkə” kimi xarakterizə edib. Donald Tramp iddia edib ki, Çin lideri bununla keçmiş prezident Co Bayden administrasiyasının ölkəyə vurduğu ziyanı nəzərdə tutub.

“Si Cinpin son 16 ayda ABŞ-nin nümayiş etdirdiyi inanılmaz inkişafı nəzərdə tutmurdu”, - Tramp bildirib.

ABŞ Prezidenti əlavə edib ki, Çin sədri onu qısa müddətdə əldə olunan uğurlara görə təbrik edib.

“İki il əvvəl ölkəmiz həqiqətən tənəzzül yaşayırdı və bu məsələdə Si Cinpinlə tam razıyam. Amma indi ABŞ dünyanın ən güclü və dinamik ölkəsinə çevrilib”, - Donald Tramp vurğulayıb.

Qeyd edək ki, Tramp mayın 14-də Çinə səfər edib. Səfər çərçivəsində onun Si Cinpinlə keçirdiyi görüşlərdə əsas diqqət ticarət-iqtisadi münasibətlər və qlobal gündəmdəki məsələlərə yönəlib.

Seçilən
41
50
teleqraf.com

10Mənbələr