AZ

Arvadım telefonla oynayırdı deyə döydüm

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda 38 yaşlı kişi qısqanclıq zəminində yaranan mübahisə zamanı həyat yoldaşına xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Suraxanı rayonunda, onların birgə yaşadığı evdə baş verib. Beyləqan rayon sakini, 1988-ci il təvəllüdlü Saleh həmin gün saat 23:30-da yaşadığı evdə mobil telefonundan çox istifadə etməsi ilə bağlı arvadı Pəriylə (adlar şərtidir – red.) mübahisə edib. Aralarında qısqanclıq zəminində yaranmış mübahisə zamanı o, yumruq və təpiklə arvadının bədəninin müxtəlif nahiyələrinə vurub. İş üzrə izahat verən Saleh ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Pəri ilə 2011-ci ildə ailə qurub:“Əvvəllər arvadım ilə münasibətlərim yaxşı olub. Lakin son vaxtlar aramızda qısqanclıq zəminində mübahisələr yaranıb. Məlum hadisə günü, axşam saat 23:30-da Pərinin mobil telefonundan çox istifadə etdiyini gördüm. Ona son zamanlar mobil telefondan hansı səbəbdən çox istifadə etdiyini soruşdum. Həmin mövzu ilə bağlı aramızda yaranan mübahisə zamanı Pəri cavab qaytardığı üçün yumruq və təpiklə onun bədəninin müxtəlif nahiyələrinə vuraraq ona xəsarət yetirdim”. Bu cinayət işinə Suraxanı Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıq əldə edib. Bu səbəbdən də zərərçəkmiş təqsirləndirilən şəxsə qarşı şikayətini geri götürüb. Bu halları nəzərə alan hakim təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib.Fariz Məlikli

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
demokrat.az

1Mənbələr