AZ

“Bakı–Xankəndi” veloyarışına yekun vuruldu - V mərhələnin qalibi məlum oldu

“Bakı–Xankəndi” beynəlxalq velosiped yarışının V mərhələsinə və turnirə yekun vurulub.

90deqiqe.Az xəbər verir ki, Tərtərdən start götürərək Xankəndidə başa çatan həlledici mərhələnin qalibi İspaniyanın “Burqos” komandasının yeni zelandiyalı üzvü Coş Barnett olub. Velosipedçi 181,3 kilometrlik məsafəni 4 saat 16 dəqiqə 35 saniyəyə qət edərək finiş xəttini birinci keçib.

“Astana” klubunun təmsilçisi Henok Mulubrhana ikinci, “Burqos” komandasının uruqvaylı üzvü Erik Antonio Faqundes isə üçüncü pillədə qərarlaşıb.

Yarışın əvvəlki mərhələləri də gərgin idman mübarizəsi ilə yadda qalıb. İlk mərhələdə Çinin “Li-Ninq Star” komandasının belaruslu velosipedçisi Aleksey Şnirko qalib gəlib. İkinci mərhələdə “Astana”nın qazaxıstanlı üzvü Yevgeni Fyodorov hamını qabaqlayıb.

Üçüncü mərhələdə “Astana”nın rusiyalı təmsilçisi Qleb Suritsa birinci olub. Dördüncü mərhələdə isə İtaliyanın “Bardiani CSF 7 Saber” komandasından Marko Manenti finişə ilk çatan velosipedçi kimi yadda qalıb.

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda iştirak edib. Turnirin ümumi mükafat fondu 50 min avrodan çox olub.

Seçilən
15
3
90deqiqe.az

10Mənbələr