AZ

Güclü külək kişini 50 metr havaya qaldırdı

Hindistanın Uttar-Pradeş ştatında şiddətli külək bir kişini təxminən 50 metr hündürlüyə qaldırıb.

Publika.az xəbər verir ki, bu barədə "The Indian Express" qəzeti məlumat yayıb.

Bildirilib ki, həmin şəxs yerdə qalmaq üçün dəmir talvardan tutmağa çalışsa da, güclü külək tikilini uçurub və onu havaya fırladıb. Hadisə nəticəsində müxtəlif xəsarətlər alan şəxs sağ qalıb.

"India Today" jurnalı Uttar-Pradeş sakininin havada uçduğu anları əks etdirən videogörüntüləri yayımlayıb.

Seçilən
1
11
publika.az

10Mənbələr