AZ

Pakistan "Fatah-4" qanadlı raketini sınaqdan keçirib

Pakistan yüksək dəqiqliyə malik "Fatah-4" qanadlı raketinin sınaqlarını uğurla həyata keçirib.

Bu barədə TASS Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr İdarəsinə istinadən məlumat yayıb.

"Qabaqcıl avionika və müasir naviqasiya sistemləri ilə təchiz edilmiş "Fatah-4" böyük məsafələrdəki hədəfləri dəqiqliklə vurmağa qadirdir", - məlumatda bildirilir.

Buraxılışın məqsədi qoşunların operativ hazırlığının təmin edilməsi və vurma dəqiqliyini artırmaq üçün raketin əsas texniki sistemlərinin yoxlanılmasıdır.

Seçilən
12
4
anspress.com

5Mənbələr