AZ

Premyer Liqa: 2025/26 mövsümü üçün 8 namizəd – ARENA.AZ

Futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026 mövsümünün ən yaxşı oyunçusu adına namizədlərin siyahısı açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.

2025/2026-cı illər mövsümünün ən yaxşı oyunçusu adına 8 iddiaçı var. Onların siyahısını təqdim edirik:

  1. Bruno Fernandes (“Mançester Yunayted”)
  2. Qabriel Maqalyans (“Arsenal”)
  3. Morqan Gibbs-Uayt (“Nottingem Forest”)
  4. Erlinq Haland (“Mançester Siti”)
  5. David Raya (“Arsenal”)
  6. Deklan Rays (“Arsenal”)
  7. Antuan Semenyo (“Bornmut” / “Mançester Siti”)
  8. İqor Tyaqo (“Brentford”).

Qeyd edək ki, İngiltərə Premyer Liqasında 2025/2026-cı illər mövsümünün başa çatmasına cəmi 2 tur qalıb. Hazırda “Arsenal” 79 xalla vahid liderdir. “Mançester Siti” 77 xalla ikinci, “Mançester Yunayted” 65 xalla üçüncü pillədə qərarlaşıb. “Liverpul”la “Aston Villa”nın 59, “Bornmut”un 55, “Brayton”un 53, “Brentford”un 51, “Çelsi” və “Everton”un 49 xalı var.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
22
6
arena.az

10Mənbələr