Moskva MOİK-inin gənc yarımmüdafiəçisi Matvey Kislyak Avropa klublarının diqqətini çəkib.
İdmanxeber.az-ın məlumatına görə, 20 yaşlı futbolçu ilə PSJ və İngiltərə Premyer Liqasının iki klubu maraqlanır. Kislyak bu mövsüm MOİK-də 41 oyunda 8 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Onun klubla müqaviləsi 2029-cu ilin yayına qədərdir.