AZ

Tramp İrana yenidən zərbə endirəcək – Təl-Əviv xəbərdar edildi

ABŞ Prezidenti Donald Trampın İrana qarşı yeni zərbələr endirməklə bağlı Vaşinqtonun İsraili məlumatlandırdığı bildirilir.

Musavat.com xəbər verir ki, bu barədə Al Hadath məlumat yayıb.

Məlumata görə, İsrail tərəfi mümkün hərbi eskalasiyaya və Tehranın cavab addımlarına hazırlaşır. Bildirilir ki, ABŞ yaxın zamanda İrana yenidən zərbələr endirə bilər.

Məlumata əsasən, İsrail təhlükəsizlik strukturları hava hücumundan müdafiə sistemlərini və fövqəladə hazırlıq mexanizmlərini gücləndirib. Vaşinqton və Təl-Əviv arasında regiondakı vəziyyətlə bağlı intensiv məsləhətləşmələrin davam etdiyi qeyd olunur.

 

Musavat.com

Seçilən
15
13
musavat.com

10Mənbələr