AZ

ABŞ: Çin Hörmüz boğazında sərbəst gəmiçiliyin tərəfdarıdır

BAKI, 15 may. TELEQRAF

ABŞ-nin ticarət danışıqları üzrə nümayəndəsi Ceymison Qrir Çinin Hörmüz boğazında sərbəst gəmiçiliyin qorunmasında maraqlı olduğunu bildirib.

Teleqraf xəbər verir ki, hazırda Pekində səfərdə olan ABŞ nümayəndə heyətinin üzvü bu barədə “Bloomberg TV” kanalına müsahibəsində danışıb.

Ceymison Qrir qeyd edib ki, Çin Hörmüz boğazının açıq qalmasını, keçidlərə görə ödəniş alınmamasını və bölgədə hərbi nəzarətin olmamasını vacib hesab edir.

“Bu mövqe görüşlər zamanı açıq şəkildə hiss olunurdu və biz bunu alqışlayırıq”, - ABŞ nümayəndəsi vurğulayıb.

Qrir Çinin İranla münasibətlərə yanaşmasını isə çox praqmatik adlandırıb.

“Onlar Yaxın Şərqdə sülh istəyirlər. Prezident Donald Tramp da bu bölgədə sülh istəyir. Əminik ki, Çin İranın hər hansı maddi dəstək imkanlarını məhdudlaşdırmaq üçün əlindən gələni edəcək”, - o bildirib.

Qeyd edək ki, daha əvvəl Çinin BMT-dəki daimi nümayəndəsi Fu Tsun Pekinin İranla hərbi əməkdaşlıq etmədiyini və bu barədə ittihamları rədd etdiyini açıqlamışdı.

Seçilən
113
teleqraf.com

1Mənbələr